Muzeyimizdə​ “Bir taleli iki insan” sərgisi çərçivəsində​ “UCAL” adlı mühazirə keçirilib

Muzeyimizdə​ “Bir taleli iki insan” sərgisi çərçivəsində​ “UCAL” adlı mühazirə keçirilib. Mühazirədə Ucal Haqverdiyevin rəngkarlıq və qrafika, monumental rəssamlıq, poeziya, həmçinin tətbiqi sənət üzrə zəngin və çoxşaxəli yaradıcılığı haqqında​ onun həyat yoldaşı, Əməkdar rəssam​ Yelena Haqverdiyeva​ geniş məlumat verib. O, tədbir iştirakçılarına rəssamın ilk dəfə ictimaiyyətə təqdim olunan bədii tikmələri, keramika məmulatları, ağac və daş üzərində işləri barədə danışıb, onları Ucal yaradıcılığının yeni aspektləri ilə tanış edib.