Dəyərli dostlar, muz­eyimizdə mayın 1-dən yeni kurslara start verilir.

Dəyərli dostlar, muzeyimizdə mayın 1-dən yeni kurslara start verilir.

Əgər xalçaların, parça, geyim, tikmə, bədii metal və zərgərlik məmulatlarının təmizlənməsi, konservasiyası, bərpası işinin əsaslarını öyrənmək istəyirsinizsə, bu fürsəti qaçırmayın!

Qeyd edək ki,18 yaşdan yuxarı hər kəs üçün nəzərdə tutulan kurslara qatılanlar dərslərdə istifadə olunacaq materialı (xalça, tikmə, metal, zinət əşyasını bütöv və onlardan bir hissə) özləri ilə gətirməlidirlər. Dərslərin sayı işin həcminə və istəyinizə uyğun olaraq müəyyənləşəcək.​

Bir dərsin müddəti 90 dəqiqə, qiyməti 8 AZN-dir. Kursu bitirənlərə sertifikatlar veriləcək.

Ətraflı məlumat üçün əlaqə: (+994) 12​ 497 20 57