Şimali Kipr Türk Cüm­huriyətinin Bakıdakı təmsilçisi Mustafa Kam­al Bəyazbayram öz həyat yoldaşı ilə muzeyimizi ziyarət etdilər.

Şimali Kipr Türk Cüm­huriyətinin Bakıdakı təmsilçisi Mustafa Kam­al Bəyazbayram öz həyat yoldaşı ilə muzeyimizi ziyarət etdilər. Qonaqları Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova Ənənəvi texnologiya şöbəsinin fəaliyyəti ilə tanış etdi, onlara burada toxunan eks­perimental xalçalar barədə məlumat verdi. Onlar həmçinin muzeyin Uşaq şöbəsində oldular, muzeyimizdə bir müddət öncə açılan “Bir taleli iki insan” sərgisinə baxdılar.

Qonaqlar Azərbaycan Milli Xalça Muzeyinin ekspozisi­yasını ziyarət edərkən burada nümayiş etdirilən nadir sənət nümunələri barədə verilən məlumatları böyük mara­qla dinlədilər. Xalqımızın mədəniyyətini, adət-ənənəsini, həyat tərzini özündə əks etdirən zəngin irsimizin yüksək səviyyədə təqdimatından məmnun olduqlarını bildirdilər.

Şirin Məlikova Mustafa Kamal bəylə gələcək qarşılıqlı mədəni əlaqələrin inkişaf etdirilməsi, birgə layihələrin reallaşdırılması barədə səmərəli söhbətlə maraqlı və əhəmiyyətli görüşü yekunlaşdırdı.