Mayın 5-də, saat 12:­00-da​ muzeyimizdə​ “Xalçaçı günü” peşə bayramı​ münasibətilə​ naxışlı həsirin toxu­nması üzrə ustad dər­si keçiriləcək

Mayın 5-də, saat 12:00-da​ muzeyimizdə​ “Xalçaçı günü” peşə bayramı​ münasibətilə​ naxışlı həsirin toxunması üzrə ustad dərsi keçiriləcək. Bu qədim sənət növü ilə məşğul olan sənətkar Astaranın Kakalos kənd sakini Rüfət Rzayev muzeyin dəvəti ilə ustad dərsi aparacaq.​

Ustad dərsi​ gün ərzində muzeydə keçiriləcək, iştirak ödənişsizdir və bu toxuma üsulunu öyrənmək istəyən hər bir şəxs qatıla bilər.

Qeyd edək ki, tarixi Neolit dövrünə gedib çıxan həsirlər Azərbaycan xalçalarının “əcdadı” sayılır. Onlar əsrlər boyu əvəzsiz məişət əşyası olmaqla yanaşı, həm də özünün nəfis, zərif naxışları ilə bədii əhəmiyyət kəsb edib. Təəssüf ki, müasir dövrdə bu sənət növü tədricən unudulur. Bunu nəzərə alaraq, Azərbaycan Milli Xalça Muzeyi mütəmadi olaraq ictimaiyyətin diqqətini həsirçiliyin qorunmasına, yenidən dirçəldilməsinə, bu irsi yaşadan sənətkarların fəaliyyətinin davamlı inkişafına və ətraf mühitin mühafizəsinin vacibliyinə yönəltmək məqsədilə “Mədəni irsin davamlı inkişafı: həsirçilik sənəti” layihəsini reallaşdırır. “Xalçaçı günü” ilə əlaqədar təşkil olunan naxışlı həsirin toxunması üzrə ustad dərsi də bu istiqamətdə növbəti əhəmiyyətli addımdır.