Bu gün müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü, Heydər Əliyev Fondunun yaradılmasının 18-ci ilidir.

Bu gün müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü, Heydər Əliyev Fondunun yaradılmasının 18-ci ilidir.

Bütün varlığı ilə xalqına bağlı olan ulu öndər Heydər Əliyev siyasi həyatının bütün mərhələlərində Azərbaycan xalça sənətinin inkişaf etdirilməsinə böyük önəm verib.

Ümummilli liderin mədəniyyətimizə göstərdiyi diqqət, qayğı bu gün onun layiqli davamçıları olan Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın uğurlu siyasətinin ayrılmaz hissəsidir.

Odur ki, 10 may tarixi muzeyimizdə hər il xüsusi qeyd edilir. Bu əlamətdar gündə muzeyin kollektivi Fəxri xiyabana gələrək dünya şöhrətli siyasi xadim Heydər Əliyevin məzarına gül dəstələri qoyub, ulu öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib. Sonra onlar ümummilli liderin ömür-gün yoldaşı, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edərək məzarına gül dəstələri düzüblər.

Həmin gün muzeyin əməkdaşları məktəblilər və tələbələr üçün Azərbaycan Milli Xalça Muzeyinin yaranması və inkişafında ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin, Birinci Vitse-prezident Mehriban Əliyevanın rolu mövzusunda mühazirə, həmçinin “Azərbaycan bayrağı” qobeleninin hazırlanması üzrə ustad dərsi keçirir.

Bununla yanaşı, muzeydə kolleksiyamızın yeni eksponatı, Əməkdar rəssam Adil Şıxəliyevin müəllifi olduğu “Heydər Əliyev” qobeleni nümayiş etdirilir, ümummilli liderin sevdiyi musiqilər səsləndirilir.

Mayın 15-də, saat 15:00-da isə burada Bakı musiqi məktəblərinin şagirdlərinin iştirakı ilə ulu öndər Heydər Əliyevin doğum gününə hər olunmuş konsert keçiriləcək