Qobelen “Heydər Əliyev”

Əziz dostlar,

Muzeyimizin kolleksiyasından ümummili lider Heydər Əliyevin portretinin əks olunduğu qobeleni sizə təqdim edirik. Əsərin müəllifi Əməkdar rəssam, qobelen üzrə tanınmış sənətkar Adil Şıxəliyevdir. Kompozisiyanın mavi, qızılı romb naxışları ilə işlənmiş fonu üzərində görkəmli dövlət xadiminin güclü və müdrik baxışlı təsviri canlanır. Gözəl, uyumlu rəng həlli, harmonik koloriti ilə seçilən qobelendə adı xalqımızın tarixinə qızıl hərflərlə yazılmış dahi liderin nikbin, xilaskar, sanki zirvədə dayanmış obrazı məharətlə işlənmişdir.

Qobelen “Heydər Əliyev”. Müəllif: Əməkdar rəssam Adil Şıxəliyev. 2015. Yun, ipək. Qarışıq texnika. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası