Sizi 18 may - Beynəlxalq Muzeylər Günü çərçivəsində muzeyimizdə keçiriləcək “Muzeylərin yaranma tarixi” adlı mühazirəyə dəvət edirik.

Əziz dostlar!

Sizi 18 may - Beynəlxalq Muzeylər Günü çərçivəsində muzeyimizdə keçiriləcək “Muzeylərin yaranma tarixi” adlı mühazirəyə dəvət edirik. Mühazirə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nurlana Bağırova tərəfindən təqdim olunacaq. Muzeylərin yaranma tarixi və inkişaf mərhələləri barədə maraqlı məlumatlar əldə etmək və bu mövzuda suallarınıza cavab tapmaq istəyirsinizsə, bu fürsəti qaçırmayın.

Yerlər məhduddur, öncədən qeydiyyatdan keçməyiniz xahiş olunur:

https://forms.gle/tFVv2VqSwiLeiN3n9

Azərbaycan Milli Xalça Muzeyi

14 may 2022-ci il, saat 16:00