Beynəlxalq Muzeylər Günü münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edir

Əziz muzey işçiləri!

Beynəlxalq Muzeylər Günü münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edir, sizə möhkəm cansağlığı, məsuliyyətli, çətin və eyni zamanda, şərəfli fəaliyyətinizdə uğurlar arzulayırıq!

“Muzeylərin gücü” devizi altında keçirilən 2022-ci il Beynəlxalq Muzeylər Günü qloballaşan dünyada bu mədəniyyət ocaqlarının önəmli rolunu göstərir. İnanırıq ki, tariximizə işıq tutan, keçmişimizi əks etdirən milli irs nümunələrinin qorunub saxlandığı muzeylərimizin gücünü, onların cəmiyyətin inkişafındakı əhəmiyyətini öz fədakar əməyinizlə daha da artıracaqsınız.

Şirin Məlikova,

Azərbaycan Milli Xalça Muzeyinin direktoru,

ICOM Azərbaycan Milli Komitəsinin sədri