20 may tarixində saat 12:00-da Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbirlər çərçivəsində muzeyimizdə keçiriləcək ustad dərsini qaçırmayın.

Əziz dostlar,

20 may tarixində saat 12:00-da Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbirlər çərçivəsində muzeyimizdə keçiriləcək ustad dərsini qaçırmayın. Burada siz Əməkdar rəssam Yelena Haqverdiyeva ilə tekstil vitrajların hazırlanmasını öyrənəcəksiniz. Ustad dərsinə qatılarkən özünüzlə müxtəlif növ parça, düymə, bijuteriya fraqmentlərini, ümumiyyətlə, sizə əziz olan tekstil və bəzək əşyalarını gətirməyi unutmayın. Rəssamın köməyi ilə köhnə əşyalarınıza yeni nəfəs verərək öz əllərinizlə maraqlı nümunələr hazırlayacaqsınız.

Qeyd edək ki, yerlər məhduddur. Odur ki, qeydiyyatdan keçməyə tələsin

https://forms.gle/SDXHtKaSYfkoeqJJ8