Muzeyimizdə davam edən Ucal və Yelena Haqverdiyevlərin yaradıcılığına həsr olunmuş “Bir taleli iki insan” sərgisindən növbəti əsəri təqdim edirik

Əziz dostlar,

Muzeyimizdə davam edən Ucal və Yelena Haqverdiyevlərin yaradıcılığına həsr olunmuş “Bir taleli iki insan” sərgisindən növbəti əsəri təqdim edirik. Bu, istedadlı rəssam Ucal Haqverdiyevin “Atla avtportret” adlı tikməsidir. Düşündürücü məzmuna malik kompozisiyada müəllif özünü təkbuynuzlu at kimi təsvir etmişdir. Bu mifik obraz müxtəlif dövr və sivilizasiyalarda fərqli mənaları simvollaşdırmışdır. Rəssam kubizmə xas təsvir üsulundan istifadə etməklə tutduğu bir anı, sanki dördnala çapırmış kimi hərəkət hissini çatdırır. Ustalıqla seçilmiş kolorit bədii obrazın ciddi xarakterini dolğun şəkildə ifadə edir.

Daha çox düşünmək, bu və digər əsrarəngiz əsərləri yaxından seyr etmək istəyirsinizsə sərgiyə baş çəkməyi unutmayın. ​ ​ ​ ​

Atla avtoportret. Müəllif: Ucal Haqverdiyev. 1990-cı illər. Pambıq, muline