“Şuşa İli” çərçivəsində Azərbaycanın Mədəniyyət paytaxtının dirçəldilməsi, bərpası istiqamətində genişmiqyaslı işlər görülür.

“Şuşa İli” çərçivəsində Azərbaycanın Mədəniyyət paytaxtının dirçəldilməsi, bərpası istiqamətində genişmiqyaslı işlər görülür. Muzeyimizin Şuşa filialı üçün yeni binanın yaradılmasına da artıq başlanılıb. Təbii ki, biz də bütün bu işlərə öz töhvəmizi vermək üçün bir sıra tədbirlər, layihələr həyata keçiririk.

Hazırda muzeyimizin Bərpa və konservasiya şöbəsində Şuşaya aid xalça, geyim və zərgərlik nümunələrinin təmizlənməsi, konservasiyası, bərpası işləri həyata keçirilir. Bunlar XIX sonuna aid “Şuşa” xalçası və milli qadın geyimlərindən olan kürdü, XX əsrə aid arxalıq və 2 ədəd kəmərdir. Qeyd edək ki, 30 il sonra yenidən doğma yurda qayıdacaq unikal sənət əsərləri içərisində Şuşa filialının digər eksponatları ilə yanaşı bu nümunələr də yer alacaq.