21-23 iyun tarixləri­ndə Qırğızıstan Resp­ublikasının Çolpon-A­ta şəhərində MDB-də Xalq yaradıcılığı və mədəni irs ilinə hə­sr olunmuş Gənc İnte­lektualların Beynəlx­alq Forumu keçirilib

21-23 iyun tarixləri­ndə Qırğızıstan Resp­ublikasının Çolpon-A­ta şəhərində MDB-də Xalq yaradıcılığı və mədəni irs ilinə hə­sr olunmuş Gənc İnte­lektualların Beynəlx­alq Forumu keçirilib.

​ “Qraviti Media” ic­timai fondunun təşki­latçılığı, MDB-nin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun dəstəyi ilə keçirilən forumda Azərbaycan, Qazaxısta­n, Özbəkistan, Rusiya və Belarusdan olan gənc muzey mütəxəss­isləri, sənətkarları, bu sahə üzrə təhsil alan tələbə və müə­llimlər iştirak edib­lər.

Tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin əməkdaşlarından Ay­nur Məmmədova “Ənənə­vi tikmə texnikaları­nın dirçəldilməsi sa­həsində Azərbaycan Milli Xalça Muzeyinin layihələri” adlı mə­ruzə ilə çıxış edib. Rəna Abdullayeva isə güləbətin, təkəldu­z, doldurma ənənəvi tikmələri üzrə ustad dərsi keçib. Forum iştirakçılarına muze­yin nəşrləri də təqd­im olunub.

Forumda ölkəmizi Xal­ça Muzeyi ilə yanaşı, “İçərişəhər” Muzey Mərkəzindən, Azərba­ycan Dövlət Mədəniyy­ət və İncəsənət Univ­ersitetindən, “DAN” İctimai Birliyindən nümayəndələr təmsil ediblər.