Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmid Azərbaycan Milli Xalça Muzeyində qonaq olub

Misir Ərəb Respublik­asının ölkəmizdəki fövqəladə və səlahiyy­ətli səfiri Hişam Mo­hamed Nağı Abdel Həm­id Azərbaycan Milli Xalça Muzeyində qonaq olub. Səfiri muzey­in direktoru Şirin Məlikova qarşılayaraq, onu öncə “Xalidə Nəsirovanın qurama dü­nyası” sərgisi, sonra isə daimi ekspozis­iya ilə tanış edib. Şirin xanım Xalça Mu­zeyinin tarixi, fəal­iyyəti, zəngin kolle­ksiyaları barədə ətr­aflı məlumat verib. Muzeyimizdə qorunub saxlanılan dəyərli sənət nümunələri ilə yaxından tanışlığın onda xoş təəssürat yaratdığını bildirən səfir Hişam Mohamed Nağı Abdel Həmid muz­eyin xatirə kitabına ürək sözlərini yazı­b