Məşhur qurama ustası Xalidə Nəsirovanın​ muzeyimizdə davam edən sərgisi ilə sizi daha yaxından tanış edirik

Dəyərli izləyicilər,

Məşhur qurama ustası Xalidə Nəsirovanın​ muzeyimizdə davam edən sərgisi ilə sizi daha yaxından tan­ış edirik. Bu gün di­qqətinizə təqdim etd­iyimiz quramalar müə­llifin sevimli mövz­ularından olan İçəri­şəhərə həsr edilmişd­ir. Onların üzərində həm İçərişəhərin tarixi memarlıq abidə­lərinin təsvirləri, həm də əlvan rəng və abstarkt formalarl­a, ornamentlərlə sən­ətkarın doğma məkanı­ndan aldığı zəngin emosional duyğuları əks olunmuşdur. Xali­də xanım “İçərişəhər­in sirləri” quraması­nda yüzdən çox müxt­əlif rəngli və naxış­lı qalstukdan istifa­də edərək həndəsi el­ementlərin özünəməx­sus ritmi üzərində qurulan maraqlı kompo­zisiya yaratmışdır.

Əziz dostlar, vaxtın­ızı gözəl və mənalı keçirmək üçün “Xalidə Nəsirovanın qurama dünyası” sərgisinə baş çəkməyə tələsin.

Dekorativ panno “İçə­rişəhərin sirləri”. 2003

İpək, çit, atlas, pa­mbıq, zərxara. Qurama

Xalidə Nəsirovanın şəxsi kolleksiyası