Bu gün muzeyimizdə XIX - XX əsrlərə aid süjetli Şuşa xalçalarına həsr olunmuş mühazirə keçirilib

Bu gün muzeyimizdə XIX - XX əsrlərə aid süjetli Şuşa xalçalarına həsr olunmuş mühazirə keçirilib. Mühazirədə muzeyimizin kolleksiyasında qorunub saxlanılan süjetli Şuşa xalçalarının ideya və bədii quruluşu, eləcə də həmin dövrdə yaşamış insanların həyat tərzi barədə maraqlı məlumatlar verilib. Mühazirə Azərbaycan Milli Xalça Muzeyinin direktor müavini, baş fond mühafizi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mira Məmmədxanova tərəfindən təqdim edilib.