Sizə muzeyimizdə təşkil olunan “Geyimin cazibəsi: Belqrad Etnoqrafiya Muzeyinin sərgisi”ndən maraqlı bir eksponatı təqdim edirik

Əziz dostlar,

Sizə muzeyimizdə təşkil olunan “Geyimin cazibəsi: Belqrad Etnoqrafiya Muzeyinin sərgisi”ndən maraqlı bir eksponatı təqdim edirik. Bu, əsasən XIX əsrin II yarısında Monteneqroda geniş yayılmış “duşanka” növlü kişi gödəkcəsidir.

Bu dəbdəbəli gödəkcə orta əsrlər serb imperatoru Çar Stefan Duşanın şərəfinə “duşanka” adlandırılmışdır. Duşankanı o vaxtki cəmiyyətin varlı təbəqəsi, hakim ailənin üzvləri və zadəgan insanlar geyirdi. Nümunəvi geyim elementi kimi o, əsasən qırmızı yun parçadan hazırlanmış, səthi isə qızıl qaytanla bəzədilmişdi. Bu cür nümunələr hərbi üst geyimlərin əsasında hazırlanmış, üzərindəki qotaz və epoletlər isə müxtəlif millətlərin yaşadığı ərazilərdə serblərin bir-birini tanıya bilməsi üçün idi.

16 oktyabr tarixinədək davam edəcək sərgini ziyarət etməyə tələsin.