Qobelen “Bağ”

Əziz dostlar,

Sizə kolleksiyamızdan məhsuldarlıq mövzusuna həsr olunan növbəti eksponatı təqdim edirik. Bu Əməkdar rəssam Tamilla Məmmədovanın müəllifi olduğu “Bağ” qobelenidir. Əsər rəssamın Abşeron torpağına bir sevgi etirafıdır. Burada Abşeron mənzərəsinə xarakterik olan külək dəyirmanları, üzüm meynələri, divar hörgüsü və dərin semantik məna kəsb edən elementlər təsvir olunub.

1976-cı ildə yaradılan bu əsər T.Məmmədovanın ilk əsərlərindəndir.

Qobelen “Bağ”. Müəllif: Tamilla Məmmədova. Azərbaycan. 1976-cı il. Əriş, arğac – yun. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası