“Ömrün zirvələri” xalçası haqqında maraqlı mühazirəyə qatılmağa dəvət edirik.

Əziz dostlar!

Sizi görkəmli alim, xalçaçı-rəssam Lətif Kərimovun həyat və yaradıcılığına həsr olunmuş “Ömrün zirvələri” xalçası haqqında maraqlı mühazirəyə qatılmağa dəvət edirik. Mühazirə bu sənət nümunəsinin müəllifi, Lətif Kərimovun nəticəsi, muzeyin Ənənəvi texnologiya şöbəsinin müdiri Əfşan Rzayeva tərəfindən təqdim olunacaq.

İştirak üçün öncədən qeydiyyatdan keçməyiniz xahiş olunur:

https://forms.gle/nEv2w4vtHr8ZiE2h6

Azərbaycan Milli Xalça Muzeyi

19 noyabr 2022-ci il, saat 16:00