Muzeyimizdə​ boyanmamış​ yun​ ipl­ərdən xalçatoxuma üz­rə ustad dərsi keçir­ilib

Bu gün muzeyimizdə​ boyanmamış​ yun​ iplərdən xalçatoxuma üzrə ustad dərsi keçirilib.​ Azərbaycan Milli Xalça Muzeyinin formalaşmasında​ xidmətləri olmuş​ xalçaçı-rəssam, sənətşünas alim​ Cəfər Mücirinin doğum günü ilə əlaqədar təşkil olunan ustad dərsinə toxuculuq sənətinə marağı olan gənclər qatılıblar.​

Onlar Ənənəvi texnologiya şöbəsinin toxucusu Rəna Süleymanova tərəfindən təqdim olunan​ ustad dərsindən böyük zövq aldıqlarını vurğulayıblar.

Qeyd edək ki, ilk dəfə​ xalçalarında​ boyanmamış​ yun​ ipdən​ istifadə edən​ rəssam​ C.Müciri​ olub. Onun muzeyimizdə saxlanılan məşhur əsərlərindən biri XVII əsrin böyük şairi Saib Təbriziyə həsr etdiyi təbii rəngli, müxtəlif çalarlı​ yun​ iplərdən toxunmuş xalçadır.