“Azərbaycan mədəniyyət həftəsi” çərçivəsində Tirananın Milli Tarix Muzeyində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş sərgi açılıb.
“Azərbaycan mədəniyyət həftəsi” çərçivəsində Tirananın Milli Tarix Muzeyində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş sərgi açılıb. Ümummilli Lider Heydər Əliyevin həyat yolunun, zəngin və çoxşaxəli irsinin tanıdılmasına xidmət edən sərgidə muzeyimizin kolleksiyasından Xalq rəssamı Kamil Əliyevin müəllifi olduğu xalçalar da nümayiş olunur. Bunlar görkəmli sənətkarın xalça sənətinin parlaq ənənələri əsasında sarı və qızılı rənglərin çalarlarından böyük məharətlə istifadə edərək yaratdığı Ümummili lider Heydər Əliyevə həsr olunmuş portret xalça və ornamental xalçalardır.
Rəssam mədəniyyətimizin qızıl fondunun incilərindən sayılan portret xalçada dahi şəxsiyyətin obrazını realistik, ən incə rəng, işıq-kölgə effekti ilə parlaq şəkildə canlandırıb. Xalçada portretlə onu əhatə edən klassik ornamental kompozisiyanın mükəmməl vəhdəti yaradılıb.
Böyük maraqla qarşılanan sərgi sentyabrın 2-dək davam edəcək.