Ağdam şəhəri günü
20 noyabr Qarabağın ağ evinin azadlığına qovuşduğu, Prezident İlham Əliyevin sərəncamına əsasən Ağdam şəhəri günü kimi qeyd edilən sevincli tarixlərdən biridir.
Bu əlamətdar gün münasibətilə Azərbaycan Milli Xalça Muzeyində “ Zəfərə açılan yol” adlı növbəti tədbir keçirilib. Qonaqlar öncə, muzeyimizin kolleksiyasına yeni daxil olan XVII əsrin əvvəllərinə aid Qarabağın “Xətai” xalçası ilə, həmçinin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə açılan “Tarixin salnaməsi” sərgisi ilə tanış olublar.
Cəbrayıl rayonu ziyalılarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə öncə Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olan igid oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. YAP Ağdam Rayon təşkilatının nümayəndəsi Akif Hüseynli, Tarix elmləri namizədi, BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti Boran Əziz, Bakı Dövlət Universitetinin professoru Fazil Baxşəliyev, muğam ustası, Əməkdar artist Firuz Səxavət, şairə, bəstəkar Fazilə Qaraxanlı, Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova, tarzən Aydın Mehrəliyev, həmçinin Ağdam ziyalılarından Arzu Rəhimova doğma yurdları ilə bağlı xatirələrini bölüşüblər.
Sonra tədbir bədii hissə ilə davam etdirilib.