Muzeyimizdə Əməkdar rəssam, qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi çərçivəsində "Nağıl saatı" təşkil ediləcək.

Əziz dostlar!

Muzeyimizdə Əməkdar rəssam, qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi çərçivəsində "Nağıl saatı" təşkil ediləcək. Burada uşaqlar sərgi ilə yaxından tanış olacaq, rəssamın qobelenlərinin mövzu və personajlarından ilhamlanaraq yazılmış “Vətən gülü” nağılını ilk dəfə dinləyəcəklər. Sonda isə onlar üçün maraqlı viktorina keçiriləcək.

Dəyərli valideynlər, övladlarınızın “Nağıl saatı"na qatılaraq vaxtını səmərəli və əyləncəli keçirməsini istəyirsinizsə, qeydiyyatdan keçməyə tələsin:

https://forms.gle/msRvAQKa6V2aUr8L9

Azərbaycan Milli Xalça Muzeyi

10 fevral 2024-cü il, saat 14:00