Muzeyimizdə Əməkdar rəssam, tanınmış qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi çərçivəsində "Nağıl saatı" təşkil edilib

Muzeyimizdə Əməkdar rəssam, tanınmış qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi çərçivəsində "Nağıl saatı" təşkil edilib. Burada uşaqlar sərgi ilə yaxından tanış olub, rəssamın qobelenlərinin mövzu və personajlarından ilhamlanaraq yazılmış “Vətən gülü” nağılını ilk dəfə dinləyiblər. Sonda isə onlar üçün maraqlı viktorina keçirilib və qaliblər mükafatlandırılıblar.