“Azərbaycan Xalq Cümhuriyyəti dövlət rəmzləri xalça sənətində” adlı mühazirəyə dəvət edirik.

Əziz dostlar!

Sizi görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi münasibətilə keçirilən “Azərbaycan Xalq Cümhuriyyəti dövlət rəmzləri xalça sənətində” adlı mühazirəyə dəvət edirik. Mühazirədə Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Nəsiman Yaqublu Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və dövlət rəmzləri barədə, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səltənət Rzayeva isə sözügedən rəmzlərin xalçalarımızda əksi, onların daşıdığı mənalar haqqında çıxış edəcəklər.

İştirak üçün öncədən qeydiyyatdan keçməyiniz xahiş olunur:

https://forms.gle/C3J43kFtzkCW3LeK9

Azərbaycan Milli Xalça Muzeyi

17 fevral 2024-cü il, saat 16:00