Novruz şənliyi

Əziz uşaqlar!

Sizi martın 19-da, saat 13:00-da ən qədim və əziz Novruz bayramı münasibətilə Azərbaycan Milli Xalça Muzeyində keçiriləcək şənliyə dəvət edirik!

Novruzu böyük sevinc və şən əhval-ruhiyyə ilə qarşılamaq, bu milli bayramın zəngin ənənələrindən, mərasimlərindən, oyun və tamaşalarından, nəğmələrindən, rəqslərindən zövq almaq istəyirsinizsə, böyük sevgi ilə yolunuzu gözləyirik.

Qeyd edək ki, burada uşaqlar üçün tematik ekskursiya, Novruz atributları və xalça ornamentlərinə aid ustad dərsləri də təşkil olunacaq.