Sizi “Bir ömrün naxışları” adlı mühazirəyə dəvət edirik.

Əziz dostlar!

Sizi Azərbaycan Rəssamlar İttifaqının Dekorativ-tətbiqi sənət bölməsinin rəhbəri, Xalq rəssamı Aydın Rəcəbovun 80 illiyinə həsr olunan “Bir ömrün naxışları” adlı mühazirəyə dəvət edirik. Mühazirə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Əməkdar rəssam Məmmədhüseyn Hüseynov tərəfindən aparılacaq. O, xalça sənətində öz dəsti-xətti, fərqli yanaşma tərzi ilə seçilən, çoxşaxəli yaradıcılığa malik sənətkarın zəngin fəaliyyətindən bəhs edəcək.

İştirak üçün öncədən qeydiyyatdan keçməyiniz xahiş olunur:

https://forms.gle/xWKnGvH8BAVAGrUu7

Azərbaycan Milli Xalça Muzeyi

27 aprel 2024-cü il, saat 15:00