Muzeyimizdə Əməkdar rəssam Taryer Bəşirovun 65 illik yubileyi münasibətilə “Xalçalarda yaşayan tariximiz” adlı mühazirə təşkil olunub.

Muzeyimizdə Əməkdar rəssam Taryer Bəşirovun 65 illik yubileyi münasibətilə “Xalçalarda yaşayan tariximiz” adlı mühazirə təşkil olunub. Eyniadlı sərgi çərçivəsində keçirilən mühazirədə sənətşünaslıq üzrə fəlsəfə doktoru Dürdanə Qədirova sənətkarın zəngin yaradıcılıq yolundan, əsərlərindən bəhs edib. O, Taryer Bəşirovun özünəməxsus dəsti-xətti ilə təkrarolunmaz sənət nümunələri ərsəyə gətirdiyini, əsərləri ilə daim müxtəlif yeniliklərə imza atdığını vurğulayıb.

Taryer Bəşirov isə müəllifi olduğu orijinal xalçalar, onların üzərindəki naxışların daşıdığı mənalardan danışıb.

Mühazirədən sonra isə “Xalçaçı günü” münasibətilə muzeyimizdə ilk dəfə xovsuz xalça növü olan cecim üzrə ustad dərsi keçirilib. Qeyd edək ki, bu, Ənənəvi texnologiya şöbəsi tərəfindən dirçəldilən növbəti xovsuz xalçatoxuma texnikasıdır.