Azərbaycan Milli Xalça Muzeyində 28 May – Müstəqillik Gününə həsr edilmiş tədbir keçirilib

Azərbaycan Milli Xalça Muzeyində 28 May – Müstəqillik Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə görkəmli ictimai-siyasi xadim M.Ə.Rəsulzadənin nəvəsi, Əməkdar rəssam Rais Rəsulzadə, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli çıxış edərək XX əsrin əvvəllərində olduqca mürəkkəb tarixi dövrdə müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycanda yaradılmasının əhəmiyyətindən danışıblar. Azərbaycan Xalq Cümhuriyyətinin zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz iz qoyduğunu, mövud olduğu 23 aylıq qısa zamanda qəbul edilən mütərəqqi qanun və qərarları, qazanılan uğurları və s. diqqətə çatdırıblar.

Tariximizin ən möhtəşəm və qürurverici səhifələrindən olan 28 may tarixini bizə bəxş edən Cümhuriyyət qurucularının daim böyük sevgi və ehtiramla yad edildiyini vurğulayıblar.