Azərbaycan Milli Xalça Muzeyində Bakı qrupuna aid “Novxanı” xalçasının hanadan kəsimi mərasimi keçirildi
Bu gün Azərbaycan Milli Xalça Muzeyində Bakı qrupuna aid “Novxanı” xalçasının hanadan kəsimi mərasimi keçirildi. Muzeydə gözəl ənənəyə çevrilən bu mərasimdə muzeyin kollektivi ilə yanaşı, ziyarətçilər də böyük maraqla iştirak etdilər.
Qeyd edək ki, yeni ərsəyə gələn sənət nümunəsi muzeyin kolleksiyasında qorunan XIX əsrin sonu - XX əsrin əvvəllərinə aid “Novxanı” xalçasının replikasıdır. Əsər Ənənəvi texnologiya şöbəsində xalça rəssamı Şəbnəm Piriyevanın texniki çeşnisi əsasında Gülxar Soltanova tərəfindən toxunub