BMT-nin Cenevrədəki Ofisinin Baş direktoru Tatyana Valovaya Azərbaycan Milli Xalça Muzeyində qonaq olub

BMT-nin Cenevrədəki Ofisinin Baş direktoru Tatyana Valovaya, İsveçrə Qadınlar və Gücləndirmə Assosiasiyasının təsisçisi və prezidenti Viktoriya Desyat, «Sinara» Xeyriyyə Fondunun Qəyyumlar Şurasının sədri Qalina Pumpyanskaya ölkəmizə səfəri çərçivəsində Azərbaycan Milli Xalça Muzeyini ziyarət ediblər. Qonaqlara muzeyin ekspozisiyasında nümayiş etdirilən sənət nümunələri, bu mədəniyyət ocağının tarixi, fəaliyyəti, kolleksiyaları, zəngin milli irsimiz olan xalça sənəti barədə ətraflı məlumat verilib. Onlar muzeyin Zərgərlik fondu ilə də tanış olublar.

Baş direktor Tatyana Valovaya muzeyin xatirə kitabına ürək sözlərini qeyd edib.