“Qocalar evi”nin sakinləri Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri Azərbaycan Milli Xalça Muzeyində qonaq olub. Onlara muzeyin kolleksiyaları, burada nümayiş etdirilən sənət əsərləri haqqında məlumat verilib. Sonra qonaqlara “Şuşa zəfərin mübarək” adlı kölgə teatr tamaşası göstərilib, onlar üçün ustad dərsi təşkil olunub.