COP29 Liderlər Sammitinin açılış mərasimində iştirak edən dövlət və hökumət başçılarının xanımları və onları müşayiət edən nümayəndə heyətləri Azərbaycan Milli Xalça Muzeyində qonaq olublar.

COP29 Liderlər Sammitinin açılış mərasimində iştirak edən dövlət və hökumət başçılarının xanımları və onları müşayiət edən nümayəndə heyətləri Azərbaycan Milli Xalça Muzeyində qonaq olublar.
Bosniya və Herseqovina, Braziliya, Qırğızıstan, Esvatini, İndoneziya, San Tome və Prinsipi, Tanzaniya, Tuvalu, Banqladeş və Surinamenin birinci xanımlarını muzeyin direktoru Əminə Məlikova qarşılayıb. Onlara zəngin milli irsimiz olan Azərbaycan xalça sənəti, muzeyin kolleksiyaları barədə ətraflı məlumat verilib. Qonaqlar həmçinin Zərgərlik fondunda nümayiş olunan sənətkarlıq nümunələrinə də tamaşa ediblər.
Birinci xanımlar xalqımızın qədim milli mədəni irsinin qorunub saxlandığı muzeyi ziyarətdən məmnunluqlarını dilə gətiriblər.