Qara Yanvarın xatirəsinə

Azərbaycan Xalça Muzeyinin kollektivi 1990-cı il yanvarın 20-də Bakıda baş verən faciə qurbanlarının xatirəsini Şəhidlər Xiyabanında yad etmişlər. Muzeyin özündə isə “Uşaq muzeyi” şöbəsinin təşkilatçılığı ilə Qara Yanvar hadisələrinə həsr olunmuş rəsm sərgisi açılmışdır.