Azərbaycan xalça naxışlarında mifoloji obrazların semantikası

Əziz dostlar və sənətsevərlər!
Azərbaycan Xalça Muzeyi sizi Azərbaycan Milli İncəsənət Muzeyinin elmi işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Xədicə Əsədovanın “Azərbaycan xalça naxışlarında mifoloji obrazların semantikası” mühazirəsinə dəvət edir.
Mühazirədə mifoloji təsəvvürlərin xalça üzərində cizgi, rəng, obrazlar vasitəsilə təsvirindən, zamanla hafizəmizə həkk edilmiş şüuraltı bədii kanonlara çevrilməsindən bəhs ediləcək.
Mühazirə Azərbaycan dilində aparılacaq.
Azərbaycan Xalça Muzeyi
9 fevral 2019-cu il, saat 14:00
Giriş sərbəstdir