Azərbaycan Milli Xalça Muzeyində keçirilən “Çin təqvimi üzrə Yeni iliniz mübarək @Bakı” adlı silsilə tədbirlər çərçivəsində Çin incəsənətinə həsr olunmuş mühazirə təşkil edilib.

Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov tədbiri açaraq Azərbaycanla Çin arasında mədəni sahədə əlaqələrin inkişafı, mübadilə proqramlarının həyata keçirilməsi, ölkəmizdə Çin mədəniyyətinin təbliği ilə bağlı rəhbərlik etdiyi təhsil müəssisəsinin gördüyü işlər barədə danışıb.
 
Konfutsi İnstitutunun müəllimləri Jiang Heng, Chang Sirong, Sun Mengxin və Chen Xiaozhen ənənəvi Çin rəssamlığı, xəttatlığı, milli geyimləri, Pekin operası mövzusunda maraqlı məruzələrlə çıxış ediblər.