“Unudulan Novruz adətləri” mövzusunda mühazirə keçirilib.
Azərbaycan Milli Xalça Muzeyində filologiya üzrə fəlsəfə doktoru Sevinc Qasımovanın təqdimatında “Unudulan Novruz adətləri” mövzusunda mühazirə keçirilib. Sevinc xanım tədbirdə milli mədəniyyətimizin ən qədim və zəngin hadisəsi olan Novruz bayramının tarixi, onunla bağlı mərasim ənənələri, inanclar barədə ətraflı məlumat verib. O, tarixən mövcud olan və tədricən unudulan Novruz adətlərindən danışıb, tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb. S.Qasımova həmçinin müəllifi olduğu 2 kitabı muzeyimizin kitabxanasına hədiyyə edib.
Qeyd edək ki, karantin qaydalarına əsasən tədbirdə 10 nəfər iştirak edib. Mühazirə muzeyin instagram səhifəsindən canlı olaraq yayımlanıb.