"Gülsam" Əlillərin Reabilitasiya Birliyi və "Fortis Academy" Abituriyent Hazırlıq Mərkəzinin birgə təşkilatçılığı ilə təşkil olunan ekskursiya uşaqlarda böyük maraq doğurub.

Bu gün muzeyimizi​ "Fortis Academy"-nin təhsilə dəstək sosial layihəsi çərçivəsində təhsilə xüsusi maraq göstərən şəhid, əlil və az sosial təminatlı ailələrin övladları ziyarət edib. "Gülsam" Əlillərin Reabilitasiya Birliyi və "Fortis Academy" Abituriyent Hazırlıq Mərkəzinin birgə təşkilatçılığı ilə təşkil olunan ekskursiya uşaqlarda böyük maraq doğurub.

Qeyd edək ki, mövcud karantin qaydalarını nəzərə alaraq, muzeyə on nəfərdən artıq qruplar buraxılmır.