Muzeyimizdə Xalq rəssamı Arif Hüseynovun “Novruz naxışları” sərgisinə həsr olunmuş mühazirə keçirildi. Mühazirə Novruza həsr olunmuş, bayramın özü qədər rəngarəng, milli rəmzlərlə zəngin əsərlərin müəllifi tərəfindən təqdim edildi.
Muzeyimizdə Xalq rəssamı Arif Hüseynovun “Novruz naxışları” sərgisinə həsr olunmuş mühazirə keçirildi. Mühazirə Novruza həsr olunmuş, bayramın özü qədər rəngarəng, milli rəmzlərlə zəngin əsərlərin müəllifi tərəfindən təqdim edildi. O, Novruz bayramına xas ən maraqlı adət-ənənələri əks etdirən xalça motivləri, milli geyim və nəfis ornamentlərlə, bayramın rəmzləri ilə zəngin, rəngarəng, poetik tablolar barədə tədbir iştirakçılarına məlumat verdi. Çağdaş dövrümüzdə ənənə və müasirliyin qovuşduğu dolğun və məzmunlu sənət nümunələri haqqında danışan Xalq rəssamı milli ənənələri, o cümlədən unudulmaqda olan Novruz adətlərini yaşatmağın, tarixi köklərə bağlılığın önəmini vurğuladı.
Mühazirə muzeyin instagram səhifəsindən canlı olaraq yayımlandı.
Qeyd edək ki, karantin qaydalarını nəzərə alaraq, mühazirədə 10 nəfər iştirak etdi.