Azərbaycan Milli Xalça Muzeyinin ekspozisiyasında nümayiş etdirilən, XIX əsrin sonuna aid Quba qrupunun “Hacıqayıb” xalçası əsasında toxunan yeni xalçanın kəsimi mərasimi keçirilib.

Bu gün Azərbaycan Milli Xalça Muzeyinin ekspozisiyasında nümayiş etdirilən, XIX əsrin sonuna aid Quba qrupunun “Hacıqayıb” xalçası əsasında toxunan yeni xalçanın kəsimi mərasimi keçirilib. Qeyd edək ki, italiyalı kolleksiyaçı Mirko Kattainin 2018-ci ildə muzeyimizə hədiyyə etdiyi “Hacıqayıb” xalçasının replikası Muzeyin Ənənəvi texnologiya şöbəsində toxunub və sıxlığı, ölçüləri, materialı (əriş, arğac, xov-yun), rəng seçimi baxımından həmin sənət nümunəsi ilə eyni parametrlərdədir.