Azərbaycan Milli Xalça Muzeyində, xalça eskizi çəkməyi öyrənmək istəyənlər üçün ustad dərsi keçirilib.

Azərbaycan Milli Xalça Muzeyində çoxsaylı müraciətləri nəzərə alaraq, xalça eskizi çəkməyi öyrənmək istəyənlər üçün ustad dərsi keçirilib. Əməkdar rəssam Taryer Bəşirov dərs müddətində bu sahəyə xüsusi həvəs göstərən, yaradıcı potensialını inkişaf etdirmək istəyən gənclərə xalça eskizi çəkməyin sirlərini öyrətməyə çalışıb. Ustad dərsi muzeyin instagram səhifəsindən canlı olaraq yayımlanıb.
Qeyd edək ki, iştirakçıların, həmçinin izləyicilərin arzu və rəylərinə əsasən xalça eskizi çəkmək üzrə ustad dərslərinin davamlı olaraq keçirilməsi nəzərdə tutulur.