İran İslam Respublikasıının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əli Purmərcan Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova ilə görüşüb.

İran İslam Respublikasıının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əli Purmərcan Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova ilə görüşüb. Görüş zamanı qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub, əlaqələrin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Sonra Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olan qonağa Şirin xanım muzeyin inkişaf tarixi, fəaliyyət istiqamətləri, zəngin kolleksiyası haqqında ətraflı məlumat verib. O, muzeyin nadir sənət nümunələri sayılan xovsuz və xovlu xalçaların, xalça məmulatlarının, milli geyimlərin, tikmə və bədii metal nümunələrinin qorunub-saxlanıldığı yer, onların təqdimatı məkanı olmaqla yanaşı, həm də milli xalça sənətinin tədqiq edildiyi elm, mədəniyyət ocağı kimi fəaliyyət göstərdiyini bildirib.
Azərbaycan Milli Xalça Muzeyinin zəngin kolleksiyası ilə yanaşı onun ilk inklüziv muzey kimi fəaliyyəti, ən müasir tələblərə cavab verən yeni binası, orijinal görünüşü qonaqda xoş təəssürat yaradıb.