Muzeyimizdə 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş “Bakı memarlığının tarixi: keçmişə və gələcəyə səyahət” mövzusunda mühazirə keçirilib.
Muzeyimizdə 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş “Bakı memarlığının tarixi: keçmişə və gələcəyə səyahət” mövzusunda mühazirə keçirilib. Sənətşünaslıq elmləri doktoru, professor Elçin Əliyevin təqdim etdiyi mühazirədə dünyanın ən gözəl şəhərlərindən biri olan Bakının mərkəzi hissəsindəki müxtəlif dövrlərə aid memarlıq abidələrindən, tarixi binalarından bəhs edilib.
O, XIX əsrin sonları və XX əsrin əvvəllərində Bakıda ucaldılan tikililərin fasadlarındakı kiçik nüanslar, xırdalıqlarla yanaşı, onların interyerinin gözəlliyini də dinləyicilərin diqqətinə çatdırıb.
E.Əliyev dövrün dahi yerli və əcnəbi memarlarının sözügedən dəyərli əsərlərinin Bakının vizit kartı olduğunu vurğulayıb, onları qorumağın əhəmiyyətindən danışıb.
Qeyd edək ki, mühazirə muzeyin instagram səhifəsindən canlı olaraq yayımlanıb