9 May – İkinci Dünya müharibəsində faşizm üzərində Qələbə Günüdür.

Əziz dostlar,
9 May – İkinci Dünya müharibəsində faşizm üzərində Qələbə Günüdür. Bu şanlı qələbədə Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıqlar, misilsiz şücaət gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir. 600 min nəfərdən çox həmyerlimizin Qafqazdan Berlinəcən şərəfli mübarizə yolu keçməsi, onlardan 170 min nəfərinin orden və medallarla təltif edilməsi, 130 azərbaycanlının Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna sübutdur. Qeyd edək ki, böyük qələbədə payı olan, müharibədə mərdlik, rəşadət göstərən Azərbaycan oğullarından biri də bu il 100 illik yubileyini qeyd edəcəyimiz görkəmli xalçaçı-rəssam, Xalq rəssamı Kamil Əliyevdir.
Biz İkinci Dünya müharibəsi illərində həm ön cəbhədə, həm də arxa cəbhədə fədakarlıq göstərən həmvətənlərəmizin qəhrəmanlığını heç vaxt unutmayacayıq!