Bu gün müstəqil Azərbaycan dövlətinin memarı, dünya şöhrətli siyasi xadim, ümummilli lider Heydər Əliyevin doğum günüdür.

Bu gün müstəqil Azərbaycan dövlətinin memarı, dünya şöhrətli siyasi xadim, ümummilli lider Heydər Əliyevin doğum günüdür.
Həyat amalı xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına xidmətdən ibarət olan ulu öndər Heydər Əliyev dünyanın ilk xalça muzeyinin yaradılmasında müstəsna xidmətlər göstərib. Dahi şəxsiyyət 1972-ci ildə muzeyin ekspozisiyasının açılışında şəxsən iştirak edib və məhz onun göstərişi ilə muzeyimiz üçün eksponatların alınmasına böyük miqdarda vəsait ayrılıb. Heydər Əliyev dühası siyasi həyatının bütün dövrlərində Azərbaycanın dekorativ-tətbiqi sənətinin növlərindən olan xalça sənətinin qorunması və dünyada təbliğinə xüsusi önəm verib.
Böyük tarixi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq!