Milli irsimizin qorunub saxlanması, mədəniyyət siyasətinin uğurla həyata keçirilməsində 17 il öncə 10 may tarixində yaradılan Heydər Əliyev Fondunun böyük xidmətləri var.
Milli irsimizin qorunub saxlanması, mədəniyyət siyasətinin uğurla həyata keçirilməsində 17 il öncə 10 may tarixində yaradılan Heydər Əliyev Fondunun böyük xidmətləri var. Ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə xalçaçılıq sənəti növbəti dirçəliş dövrünü yaşayır.
Muzeyimizin Bakının simvollarından birinə çevrilmiş binasının tikintisi, xalça və kəlağayı sənətlərinin YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi məhz Heydər Əliyev Fondunun mədəniyyət sahəsində uğurlu fəaliyyətinin nəticəsidir. Son illər Fond tərəfindən dünya miqyaslı nadir sənət əsərlərinin alınaraq muzeyə bağışlanması da mühüm mədəni əhəmiyyətə malik hadisədir.
Tarixi gün münasibətilə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva başda olmaqla bütün kollektivi ürəkdən təbrik edir, yeni-yeni uğurlar arzulayırıq!