18 may - Beynəlxalq Muzeylər Günü

Dəyərli həmkarlar!​
Sizi 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə ürəkdən təbrik edirəm! Sizə cansağlığı, səadət, çətin və şərəfli peşənizdə yeni-yeni uğurlar, firavan həyat arzulayıram!
Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədi ilə təsis olunmuş bu bayram hər il müxtəlif deviz altında keçirilir.​ Bu il Beynəlxalq Muzeylər Gününün devizi “Muzeylərin gələcəyi: dirçəliş və yeni baxış”dır. Mən də bütün dünya muzeylərinin, o cümlədən erməni işğalçıları tərəfindən Qarabağda dağıdılmış muzeylərimizin gündən-günə dirçəlməsini, müasir dünyanın tələblərinə uyğun fəaliyyət göstərməsini diləyirəm!
Hər kəsi tarixin, mədəniyyətin, əcdadlarımızın irsinin, maddi və mənəvi dəyərlərin qorunduğu muzeyləri ziyarət etməyə dəvət edirəm!
Hörmətlə,
ICOM Azərbaycan Milli Komitəsinin sədri,​ Azərbaycan Milli Xalça Muzeyinin direktoru​ Şirin Məlikova