YUNESKO-nun Almatı klaster bürosu Azərbaycan Milli Xalça Muzeyi haqqında video-rolik çəkib və sosial şəbəkələrdəki səhifələrində yayımlayıb.
YUNESKO-nun Almatı klaster bürosu Azərbaycan Milli Xalça Muzeyi haqqında video-rolik çəkib və sosial şəbəkələrdəki səhifələrində yayımlayıb. Sevindirici haldır ki, 18 – may Beynəlxalq Muzeylər Günü çərçivəsində Almatı klaster bürosunun mütəxəssisləri tərəfindən ölkəmizdə fəaliyyət göstərən muzeylərdən məhz Azərbaycan Milli Xalça Muzeyi seçilərək, onun beynəlxalq səviyyədə daha çox tanınmasına xidmət edən paylaşım olunub. Muzeylərin əhəmiyyətini ictimaiyyətə çatdırmaq məqsədi ilə büronun sosial şəbəkələrdəki səhifələrində edilən paylaşımda muzeyin tarixi, eksponatları, xalça sənəti haqqında qısa məlumat da yer alıb.