Azərbaycan incəsənətinə ağır itki üz verib. Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, dünya şöhrətli rəssam Tahir Salahov dünyasını dəyişib.
Azərbaycan incəsənətinə ağır itki üz verib. Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, dünya şöhrətli rəssam Tahir Salahov dünyasını dəyişib.
Böyük sənətkar və tanınmış ictimai xadim Tahir Salahov bənzərsiz yaradıcılığı ilə milli sənət xəzinəmizi zənginləşdirmişdir. “Sərt üslub”un banilərindən olan sənətkar Azərbaycan rəngkarlığının inkişafına töhfələr verib, mədəniyyətimizin xarici ölkələrdə təbliğində böyük rol oynayıb.
Görkəmli rəssam novator və yaradıcı şəxs olaraq milli xalça sənətinə də böyük töhfələr vermişdir. Onun möhtəşəm tabloları xalça sənəti dilinə köçürülərək yaradıcılığında yeni səhifələr açıb. Bu nümunələrinin bir çoxu muzeyimizin ekspozisiyasında layiqli yerini tutur.
Azərbaycan Milli Xalça Muzeyinin kollektivi adından böyük sənətkara Allahdan rəhmət diləyir, doğmalarına və bütün sənətsevərlərə dərin hüznlə başsağlığı veririk.