18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə keçirilən “Nə? Harada? Nə zaman?” intellektual oyununda qalib gələn "Qarabağ" komandasının üzvlərinə sertifikat və hədiyyələr təqdim olundu
18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə keçirilən “Nə? Harada? Nə zaman?” intellektual oyununda qalib gələn "Qarabağ" komandasının üzvlərinə sertifikat və hədiyyələr təqdim olundu. 22 komanda içərisində 36 sualdan 30-na doğru cavab verərək birincilik qazanan komanda üzvləri Azərbaycan Milli Xalça Muzeyinin ekspozisiyası ilə də tanış oldular. Onlara muzeyin tarixi, fəaliyyəti, kolleksiyaları haqqında ətraflı məlumat verildi.
Komanda üzvləri Azərbaycan Milli Xalça Muzeyində olmaqdan, həmçinin “Nə? Harada? Nə zaman?” intellektual oyununda iştirakdan məmnun olduqlarını bildirdilər.