"Öyrənməyin yaşı yoxdur" devizi altında seminarlar təşkil edir

Khari Bulbul İntellect Academy uşaqların dünyagörüşünü inkişaf etdirmək, onların marağını elmə, təhsilə, mədəniyyətə və s. yönəltmək məqsədilə "Öyrənməyin yaşı yoxdur" devizi altında seminarlar təşkil edir. Akademiya belə seminarlardan birini 18 may - Beynəlxalq Muzeylər Gününə həsr edib. Onlayn seminara qonaq qismində Azərbaycan Milli Xalça Muzeyinin Mədəniyyət və Təhsil şöbəsinin müdiri Aygün Abbasova dəvət olunub. Aygün xanım uşaqlara Azərbaycan Milli Xalça Muzeyi ilə bağlı videoçarx nümayiş etdirib. Sonra onlara muzeyin Beynəlxalq Muzeylər Günü münasibətilə keçirdiyi silsilə tədbirlər barədə ətraflı məlumat verib. A.Abbasova Milli Xalça Muzeyi, xalça sənəti və xalçalarla bağlı çoxsaylı suallarını cavablandırıb. Seminarda iştirak edən uşaqlar da muzeylərlə bağlı hazırladıqları təqdimatlarla çıxış ediblər.